Apr 05, 2018 18:08 Asia/Baku
  • Lavrov: Qərbin sanksiyaları dünyanın sabitliyini pozur

Rusiyanın xarici işlər naziri Qərbin sanksiyalarının dünyanın sabitliyini pozduğunu deyib.

Əl-Cəzirə kanalının verdiyi məlumata görə, Rusiya xarici işlər naziri Sergey Lavrov cümə axşamı Moskvada keçirilən 7-ci Beynəlxalq Təhlükəsizlik Konfransında etdiyi çıxışında Qərbin sanksiyalarının dünyada sabitliyə zərbə vurduğunu deyərək, Vaşinqtonun öz prinsiplərini başqalarına diktə etmək niyyətində olduğunu bildirib. 

Lavrov həmçinin deyib: Ötən 20 ildə dünyanın geosiyasi xəritəsi bir neçə qütblü dünyaya doğru forma dəyişib. 

Rusiyanın xarici işlər nazirinin dediyinə görə, Amerikalılar Yaxın Şərqdə rəqibsiz nüfuz sahibinə çevrilmək istəyir. 

Lavrov həmçinin deyib: Qərblilər özlərini dünyanın ağası hesab edir və beynəlxalq anlaşmalara hörmət etmirlər. 

Rusiyanın xarici işlər naziri həmçinin, Britaniyanın Salzberi şəhərində kimyəvi maddə ilə zəhərləndiyi deyilən keçmiş rus kəşfiyyatçısı Sergey Skripalın ölümü ilə bağlı Kimyəvi Silahlara Qadağa Təşkilatının nəzarəti altında müstəqil beynəlxalq araşdırmaların aparılmalı olduğunu vurğulayıb. 

Sergey Skripal və qızı 4 mart tarixində Britaniyanın cənubunda şübhəli şəkildə zəhərlənərək, həyatını itirib. London bu hadisədə Rusiyanı ittiham edir.

Rusiya isə hadisə ilə bağlı Londonun öz ittihamlarını sübut etmək üçün fakt təqdim etməsini və beynəlxalq müstəqil araşdırmaların aparılmasına icazə verməsini istəyir. 

Teqlər