Apr 11, 2018 14:22 Asia/Baku
  • Əlcəzairdə hərbi təyyarə qəzaya uğradı; 200 nəfər həlak oldu

Əlcəzair rəsmiləri bu ölkədə hərbi təyyarənin qəzaya uğraması nəticəsində 200 nəfərin həlak olduğunu bildirib.

Əl-Hədəs televiziyasının məlumatına görə, Əlcəzair rəsmiləri bildiriblər: Bu gün çərşənbə günü ölkənin şimalında Bufarik aeroportu yaxınlığında hərbi təyyarənin qəzaya uğraması nəticəsində təxminən 200 nəfər həlak olub.

Bu təyyarədə həlak olanların əksəriyyəti hərbçilərdir.

Əlcəzairin bir hərbi rəsmisi Bufarik aeroportu yaxınlığında qəzaya uğrayan hərbi təyyarənin bütün sərnişinlərinin həlak olduğunu təsdiqləyib.

Təxminən 200 sərnişini olan təyyarə aeroportdan havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Hələlik təyyarənin qəzaya uğramasının səbəbi bəlli deyil.

 

Teqlər