Çin Suriyaya barədə beynəlxalq qanunlara riayət edilməsinə çağırıb
Apr 14, 2018 20:30 Asia/Baku
-
Çin Suriyaya barədə beynəlxalq qanunlara riayət edilməsinə çağırıb
Çinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasındakı nümayəndəsi deyib: Təhlükəsizlik Şurası Suriyaya qarşı müharibənin durdurulması üçün var gücündən istifadə etməlidir.
İRİB-in verdiyi məlumata görə, Ma Zaoşu ABŞ-ın suriyaya hərbi hücumuna münasibət bildirərkən deyib: Amerikanın Suriyaya qarşı birtərəfli hərbi hücumu beynəlxalq qanunlara və beynəlxalq əlaqələrə hökm sürən qaydalara ziddir.
Çin XİN sözçüsü Hua Çunyinq isə bir bəyanatda deyib: Pekin daima beynəlxalq əlaqələrdə zorakılığın əleyhinədir və Suriyaya hücum edənləri beynəlxalq qanunlar çərçivəsinə qayıtmağa çağırır.