Moqerini Suriya böhranı üçün siyasi həll yolunun tapılmasını istədi
-
Moqerini Suriya böhranı üçün siyasi həll yolunun tapılmasını istədi
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi Suriya ordusunun Duma şəhərində kimyəvi silahdan istifadə etməsi ilə bağlı əsassız iddianı yenidən təkrar edərək, siyasi çözümün tapılmasını istəyib.
Suriyada Barışıq və Atəşkəsə Nəzarət üzrə Rsiya Mərkəzi isə Duma şəhərində ümumiyyətlə kimyəvi silahdan istifadə edilmədiyini və bunun yalan iddia olduğunu bildirib.
İRİB-nin verdiyi məlumata görə, Federika Moqerini bazar günü Ərəb Liqasına üzv ölkələrin Ərəbistanın Zəhran şəhərində keçirilən 29-cu sammitində etdiyi çıxışında müqavimət cəbhəsinin İŞİD terror qruplaşması üzərindəki qələbəsini Qərbin adına çıxaraq deyib, Biz İŞİD üzərində qələbə çaldıq.
Federika Moqerini həmçinin deyib: Birgə hərbi əməliyyatlar ilə İraqda İŞİD-i tamamilə məhv etməyə nail olmuşuq.
Avropa Birliyinin xarici siyasət üzrə ali nümayəndəsi həmçinin deyib: Fələstin məsələsi üçün yeganə həll yolu "iki dövlət" prinsipidir və bu gün Fələstinin xüsusilə Qəzzənin durumu ağırlaşmaqdadır. Buna görə də bu xüsusda müzakirə etmək lazımdır.