Amerikalı keşiş Türkiyədə mühakimə edilir
Bir amerikalı keşiş terror fəaliyyətləri üstündə Türkiyədə mühakimə ediləcək.
Amerikalı keşişin məhkəmə iclası bu gün Türkiyənin İzmir vilayətində başlanacaq.
Həyat yoldaşı ilə birgə İzmirdə bir kilsəni idarə edən Andro Branson 2016-cı ilin oktyabrında Türkiyə polisi tərəfindən həbs olunub.
Bu keşiş Ankaranın uğursuz 2016-cı il iyul çevrilişinin əsas amili hesab etdiyi Gülənin qrupunun və PKK-nın xeyrinə fəaliyyət göstəribdir.
Türkiyə bu iki qrupu terror qrupu hesab edir.
Branson həmçinin siyasi və hərbi məqsədlərlə casusluq etməkdə ittiham olunur.
Bu amerikalı keşişin vəkili Cem Halavurt deyib: Bizim əsas prioritetimiz Bransonun azadlıq haqqını müdafiə və onu azad etməkdir.
Bransonun həbsi ABŞ-Türkiyə əlaqələrini kəskinləşdirən əsas işlərdən biridir və ABŞ və Türkiyə prezidentlərinin danışıqlarında bu məsələyə nəzər salınıbdır.
Ötən sentyabrda Ərdoğan bildirdi ki, Amerikanın Güləni Türkiyəyə təhvil verəcəyi təqdirdə, Ankara Bransonu azad edə bilər. Lakin Türkiyənin bu təklifi Vaşinqton tərəfindən rədd olunubdur.