Quterreş Ş.Koreyanın qərarını müsbət qarşılayıb
Birləşmiş Millətlər Təşkilatının baş katibi bir bəyanatda Şimali Koreyanın öz nüvə proqramını dayandırmasını müsbət qarşılayıb.
İRNA-nın verdiyi məlumata görə, BMT baş katibi Antonio Quterreş bu gün bir bəyanatda Şimali Koreaynın öz raket nüvə proqramını dayandırmasını müsbət qiymətləndirərək bu qərarın Koreya yarımadasında davamlı sülhə öz töhfəsini verəcəyinə ümid etdiyini deyib.
Quterreş bu təşəbbüsü müsbət addım hesab edib və onun iki koreya və region ölkələri arasında etimadın yaranmasına kömək edəcəyini deyib.
BMT baş katibi həmçinin iki koreya rəhbərlərinin qarşılıqlı müzakirələrin yenidən başlanması qərarını cəsarətli və önəmli qərar adlandırıb.
Şimali Koreya dünən özünün nüvə və ballestik raket sınaqlarını dayandırdı.
Şimali Koreyanın bu qərarı iki koreyanın rəhbərlərinin gələn cümə üçün gözlənilən görüşü ərəfəsində baş verib.
Ş.Koreya rəhbəri Kim Cun İnin cari il may ayı yaxud iyun ayının əvvəllərində də ABŞ prezidenti Donald Tramp ilə görüşü gözlənilir.