Rusiyada İŞİD-in iki gizli dəstəsi məhv edilib
-
Rusiyada İŞİD-in iki gizli dəstəsi məhv edilib
Rusiya təhlükəsizlik qüvvələri iki şəhərdə bomba quraşdırmaq niyyətində olan İŞİD terror qruplaşmasının iki gizli dəstəsinin üzvlərini müəyyənləşdirib və həbs ediblər.
Daily Mailin internet portalının məlumatına görə, Rusiya təhlükəsizlik rəsmiləri bildiriblər: Futbol üzrə 2018 Dünya Çempionatı oyunlarına ev sahibliyi edəcək iki şəhərdə bomba quraşdırmaq niyyətində olan İŞİD terror qruplaşmasının iki gizli dəstəsinin üzvləri aşkarlanaraq həbs olunublar.
Rusiya təhlükəsizlik rəsmilərinin dediynə görə, təhlükəsizlik qüvvələri Sankt-Peterburq şəhərində çevik reaksiya əməliyyatında İŞİD terror qruplaşması ilə əlaqəli olan 7 şübhəlini yaxalayıblar.
Rostov Na Don şəhərində keçirilən digər əməliyyatda da Mərkəzi Asiya ölkələrinin vətəndaşları olan üç İŞİD üzvü saxlanılıb və bir nəfər də öldürülüb.
Rusiya təhlükəsizlik rəsmiləri bildiriblər: Şübhəlilər hal-hazırda Rusiyada bloklanmaq mərhələsində olan Telegram sosial-ictimai şəbəkəsi vasitəsi ilə əlaqədə olublar.
Rusiya rəsmiləri şübhəlilərin adı və kimliyi haqda əlavə məlumat verməyiblər.