Avropa Birliyi Ermənistanda etirazların davam etməsindən nigaranlıq edib
-
Avropa Birliyi Ermənistanda etirazların davam etməsindən nigaranlıq edib
Avropa Birliyi bir bəyanat verərək Ermənistanda etirazların davam etməsindən nigaranlıq edib.
Tabnak-ın məlumatına görə, Avropa Birliyi bazar günü bir bəyanatda bildirib: Avropa Ermənistanda qarşıdurma tərəflərini təmkinli olmağa çağırır.
Avropa Birliyi həmçinin baş nazir Serj Sarkisyan və bu ölkə müxalifətinin lideri Nikol Paşiniyan arasında müzakirələrin nəticəyə çatmaması ölkədə əlavə qarşıdurmaların baş verməsinə mane ola bilməməsindən nigaranlıq edib.
Ermənistanda etirazların davam etməsilə paytaxtda durum hələ də gərgindir. Baş nazir Serj Sarkisyan və etirazçıların lideri Nikol Paşiniyan arasında danışıqlar nəticə olmadan sona çatıb.
Ötən gün sadəcə bir neçə dəqiqə davam edən danışıqlarda etirazçıların lideri və parlament deputatı Paşiniyan baş naziri istefaya çağırıb və onun ardınca Sarkisyan danışıqları davam etdirməkdən imtina edib.
Polisin xəbərdarlığına rəğmən İrəvanda etirazlar davam edir. 300-ə yaxın etirazçı saxlanılıb. Avropa Birliyi saxlanılanların azad edilməsi və qarşıdurmalara son qoyulmasını istəyib.
Onlarla nəfər yaralanıb. Onlardan onunun vəziyyətinin ağır olduğu bildirilir.
Etirazçıların rəhbərlərindən üç nəfərin, o cümlədən Paşiniyanın saxlanıldığı bildirilir.
Etirazçılar 10 il müddətinə Ermənistan prezidenti olan Sarkisyanın iqtidardan kənarlaşmasını istəyirlər. Sarkisyan idaretmə sistemini dəyişməklə hazırda baş nazir vəzifəsinə seçilib. Əlbəttə səlahiyyətləri də artmışdır.
Son günlərdə on minlərlə nəfər Ermənistanın müxtəlif şəhərlərində aksiya keçirib və etirazçıların lideri Nikol Paşiniyan Sərkisyanın kənarlaşdırılmasını istəyir.
2008-ci ildən Ermənistan prezidenti olan Serj Sarkisyan parlamentdə 17 aprel səsverməsində baş nazir seçilib.