Apr 25, 2018 11:03 Asia/Baku
  • Rusiya G 7 qrupunun ehtimal olunan sanksiyalarına reaksiya verib
    Rusiya G 7 qrupunun ehtimal olunan sanksiyalarına reaksiya verib

Rusiya xarici işlər nazirinin müavini G 7 qrupuna üzv ölkələrin ehtimal olunan yeni sanksiyalarına cavab vermək üçün Moskvanın hazır olduğunu bildirib.

Sputnik İnformasiya Agentliyinin məlumatına görə, Rusiya xarici işlrə nazirinin müavini Sergey Ryabkov çərşənbə axşamı günü keçirilən mətbuat konfransında deyib: Moskvanın G 7 qrupuna üzv ölkələrin yeni və ehtimal olunan sanksiyalarından qorxusu yoxdur və onlara cavab verəcək. 

Sergey Ryabkov bundan öncə də bildirmişdi ki, G 7 qrupu üzvlərinin iclasının Rusiyafobiyaya şərait yaratmaq mahiyyəti vardır. Bazar ertəsi günü G 7 qrupuna üzv ölkələrin xarici işlər nazirləri Kanadanın Toronto şəhərində keçirilən iclasda Moskvanı destabilləşdirici davranışda suçlayıblar. 

Onlar bu iclasda bir daha sabiq rus zabiti Sergey Skripalın Britaniyada zəhərlənməsi məsələsində Rusiyanın əlinin olması haqda iddialarını bir daha səsləndirib və Moskvanın bu məsələdə məsuliyyət daşıdığını bildiriblər. 

G 7 qrupunun üzvləri həmçinin ABŞ, Fransa və Britaniyanın Suriyaya raket hücumunu dəstəkləyərək bu hücumu Rusiyanın bölgədəki nüfuzunu azaltmaq üzrə addım adlandırıblar. Lakin dünyanın bir çox ölkəsi bu hücumları qınayıb. 

Teqlər