Apr 27, 2018 11:26 Asia/Baku
  • Rusiyada 12 İŞİD üzvü öldürülüb
    Rusiyada 12 İŞİD üzvü öldürülüb

Rusiyanın Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi bu ölkənin müxtəlif bölgələrində İŞİD terror qruplaşmasının 12 üzvünün öldürüldüyünü bildirib.

RİA-Novosti İnformasiya Agentliyinin məlumatına görə, Rusiya Təhlükəsizlik Xidmətinin ictimai əlaqələr şöbəsi cümə axşamı günü bir bəyanatda bildirib: Rusiya təhlükəsizlik məmurları 21-24 apreldə ölənin müxtəlif bölgələrində 12 İŞİD üzvü və onlarla əlbir olan 14 nəfəri öldürüblər. 

Bu bəyanatda bildirilib: Öldürülən şəxslər Rusiya dövlət qurumları, təhlükəsizlik və dövlət rəsmilərinə qarşı terror aktları planlaşdırıblarmış. 

Ötən üç il ərzində Rusiyanın müxtəlif bölgələrində İŞİD terror qruplaşmasının onlarla üzvü və onlarla əlbir olan çoxlu ünsür öldürülüb və ya həbs olunub. 

Teqlər