Apr 28, 2018 11:19 Asia/Baku
  • Trampın İrana qarşı cəfəngiyyatları
    Trampın İrana qarşı cəfəngiyyatları

ABŞ prezidenti dünən Ağ Evdə Almaniya kansleri Angela Merkel ilə birgə mətbuat konfransında İran İslam Respublikasına qarşı həmişəki cəfəngiyyatlarını təkrar edib.

Donald Tramp bu mətbuat konfransında deyib ki, İranın nüvə silahı əldə etməyəcəyinə əmin olmaq lazımdır.

Trampın bu gülünc sözləri elə bir halda söylənibdir ki, BMT, bu təşkilatın Təhlükəsizlik Şurası və MAQATE indiyədək dəfələrlə İranın nüvə fəaliyyətlərinin dinc məqsədli olduğunu vurğulayıblar.

ABŞ prezidenti həmçinin puç bir ifadədə İranın regiondakı əksər səbatsızlıqlarda məsuliyyət daşıdığını bildirib və iddia edib ki, İran İslam Respublikası terrorçulara dəstək verir.

Almaniya kansleri də Trampla səs-səsə verərək, nüvə anlaşmasını İranın nüvə silahı əldə etməsinə mane olmaq istiqamətində atılmış birinci addım adlandırıb və iddia edib ki, nüvə anlaşması mükəmməl bir anlaşma deyildir.

Angela Merkel həmçinin vurğulayıb ki, Berlin İranın regional nüfuzunun məhdudlaşdırılması vacibliyi barədə Vaşinqton ilə eyni fikirə malikdir.

Qeyd edək ki, İran regionda səud-Qərb mehvərinin fitnələri və hərəkətləri ilə mübarizədə əsas rola malikdir.

İran İslam Respublikası, ABŞ-ın və onun müttəfiqlərinin İraq və Suriyada dəstək verdikləri terror qrupları ilə mübarizə aparmaq istiqamətində Bağdad və Dəməşqin rəsmi xahişlərini nəzərə alaraq, onlara məsləhət yardımları göstərir. Bu hərəkət isə Tramp və Merkelin xoşuna gəlmir.

Teqlər