Amerikalı müəllimlər aksiya keçiriblər
Bir qrup amerikalı müəllim bu ölkə hökumətinin iqtisadi siyasətlərinə etiraz olaraq, tətil və aksiya keçirib.
Arizona və Kolorado ştatlarında ikinci gün dalbadal olaraq keçirilən bu aksiyalarda, əllərində plakatlar tutan aksiyaçılar şüarlar verərək, tədris büdcəsinin azalmasına və xərclərin artmasına etiraz ediblər.
Amerikada tədris büdcəsinin azalması elə bir haldadır ki, bu ölkə öz siyasətlərinin davamında və öz militarist hədəflərinin icrası istiqamətində hərbi büdcəni artırıbdır.
Son ayda da Amerikada on minlərlə müəllim və tədris sahəsi üzrə fəal şəxs dövlət məktəblərinin büdcələrinin və əmək haqqılarının artırılması üçün Kentukki və Oklahoma ştatlarında aksiya keçiribdir.
Mart ayında da Qərbi Virciniya ştatındakı dövlət məktəblərinin müəllimlərindən minlərlə nəfər aksiya keçirmişdi.