Almaniya ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından 1,5 milyard avro zərər çəkib
Apr 28, 2018 21:27 Asia/Baku
Rusiya-Almaniya ticarət palatası bildirib ki, Almaniyanın ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından çəkdiyi zərər, 1,5 milyard avroya çatır.
Rusiya-Almaniya ticarət palatasının bəyanatına görə, aparılmış rəy sorğusu göstərir ki, hazırkı maliyyə ilində qısamüddətli ziyan 377 milyon avroya çata bilər, amma respondentlər bu istiqamətdə 1,5 milyard avroluq ziyan gözləyirlər.