Mogerini Netanyahunun şousuna reaksiyada: İran nüvə anlaşmasına sadiq qalmışdır
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə koordinatoru bazar ertəsi gecə sionist rejim baş naziri Benyamin Netanyahunun İran əleyinə yeni təbliğat şousuna reaksiyada bildirib: İran İslam Respublikası Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalıb.
İRNA-nın məlumatına görə, Federika Mogerini Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin indiyədək İranın nüvə sazişinə sadiq qalmasına dair 10 hesabatı təsdiqlədiyini bildirərək deyib: Netanyahunun İranın nüvə sazişini pozmasını əks etdirəcək heç bir sənədi yoxdur.
Avropa Birliyinin xarici siyasət məsələləri üzrə məsul şəxsi Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi İranın nüvə proqramına nəzarət edən yeganə qurum olduğunu bildirib və xatırladıb: Nüvə sazişi sınaqların aparılması və reallıqlara nəzarətə arxalanmışdır.
Sionist rejim baş naziri bazar ertəsi gecə televiziya kamerası qarşısında bir neçə şəkil, kompakt disk və kağızı göstərdi və iddia etdi ki, İranın atom silahı istehsalı üçün gizli proqramı vardır.
Netanyahunun bu iddiası amerikalıların İranın nüvə fəaliyyətləri adı altında öncələr irəli sürdükləri iddialardır. Halbuki həmin iddialar nüvə sazişində AEBA tərəfindən yığışdırıldı.
Netanyahunun iddiası ABŞ dövlət katibi Mayk Pompeonun işğal olunmuş Fələstinə səfərindən dərhal sonra irəli sürülüb, Trampın əliboş olduğunu və nüvə anlaşmasından çıxmaq üçün bəhanəyə ehtiyaclı olduğunu göstərir.
Netanyahu 6 il öncə BMT-də bir rəsm əsərini göstərərək iddia etmişdi ki, İran nüvə silahını əldə etməklə bağlı qırmızı xəttə çatmaqdadır.
Tramp həmişə nüvə sazişinin digər tərəflərinin əksinə olaraq Əhatəli Müştərək Təşəbbüs Proqramını dəhşətli saziş adlandırıb və onun ləğv edilməsini istəyir. Netanyahu da Trampı dəstəkləyir. Lakin dünya ABŞ prezidentinin bu düşmənçi hərəkətinə qarşıdır.