May 01, 2018 20:29 Asia/Baku
  • Avropa polad və alüminium sahəsində ABŞ-la qarşılaşmağa hazırdır
    Avropa polad və alüminium sahəsində ABŞ-la qarşılaşmağa hazırdır

Avropa Birliyi ABŞ tərəfindən polad və alüminiuma taarifin tətbiq olunması ilə qarşılaşmağa hazır olduğunu bildirib.

The Guardian qəzeti yazıb: Avropa Birliyi ABŞ-ın taarifləri haqda xəbərdalrıq edib ki, prezident Donald Tramp hökumətinin tətbiq etdiyi taariflər haqda Vaşinqtonla ticarət qarşılaşması üçün tam hazırdır.

Bu elə bir haldadır ki, Avropa Birliyi ilə ABŞ arasında ticarət müzakirələrinin məğlubiyyətə uğraması ilə bağlı nigaranlıqlar artmışdır.

Donald Tramp 8 martda beynəlxalq xəbərdarlıq və etirazlara rəğmən ABŞ-a idxal olunan alüminium və polada taarifin artırılması üzrə fərmanı imzaladı. Bu fərmana əsasən, idxal olunan polada 25%, alüminiuma isə 10% taarif tətbiq olunub. Bu taariflər 23 martdan qüvvəyə minib.

ABŞ-a polad və alüminium ixrac edən əsas ölkələr, Avropa Birliyi, Çin, Kanada və Braziliya bildirib ki, idxalat taarifinin artırılması ixracat məhsullarına taarifin tətbiq olunması ilə qarşılanacaq.

Halbuki ABŞ Kanada və Meksikanı bu vergilərdən çıxarıb.

Teqlər