Trampın sağlamlıq arayışının saxta olması barədə detallar ifşa olunub
https://azeri.sahartv.ir/news/dünya-i305394-trampın_sağlamlıq_arayışının_saxta_olması_barədə_detallar_ifşa_olunub
ABŞ prezidentinin şəxsi həkimi ifşa edib ki, onun sağlamlıq durumu barədə yayılmış arayış saxta olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 02, 2018 14:51 Asia/Baku
  • Trampın sağlamlıq arayışının saxta olması barədə detallar ifşa olunub

ABŞ prezidentinin şəxsi həkimi ifşa edib ki, onun sağlamlıq durumu barədə yayılmış arayış saxta olubdur.

Son zamanlar ifşa edilib ki, Trampın şəxsi həkimi Harold Bornsteynin yazdığı və Amerika prezidentinin sağlamlığını "son dərəcə ali" adlandırdığı arayış saxta olubdur.

Harold Bornsteyn bildirib ki, Trampın öz sağlamlığını sübut etmək üçün seçki rəqabətlərində yaydığı saxta arayışı o yazmayıb və Tramp bütün mətni şəxsi həkiminə diktə edib və deyibdir ki, onda nələr yazılsın.

Məlumatlara görə, 2016-cı ildə və Donald Trampın sağlamlığının sübut edilməsi üçün mediaların təzyiqlərinin tətbiq edilməsindən sonra o, öz həkimindən bu arayışın yayılmasını istəmişdi.

ABŞ prezidentinin psixoloji sağlamlıq durumu barədə bəhs bu günlər bu ölkənin daxili və xaricində mühüm bir mövzuya çevrilibdir.

Demokratlardan tutmuş medialaradək geniş bir spektri əhatə edən Trampın tənqidçiləri bu qənaətdədirlər ki, Amerika prezidenti ruhi və prisoxoloji tarazlığa və prezidentlik və silahlı qüvvələrin baş komandanlığı səlahiyyətinə malik deyildir.