May 03, 2018 15:12 Asia/Baku
  • Puerto-Rikoda hökumət əleyhinə aksiya

Puerto-Riko əhalisi sərt iqtisadi qənaət siyasətlərinə etiraz olaraq aksiya keçirib.

APTN televiziyasının məlumatına görə, Puerto-Rikoda minlərlə nəfər maaşların azaldılması, məktəblərin fəaliyyətinin dayandırılması, qasırğa ardınca bu bölgənin bərpa edilməsi ilə bağlı səylərin ləng olmasına etiraz ediblər.

Bu dinc aksiya insidentlə nəticələnib. Bir neçə bank, dövlət idarəsi, məktəblər, böyük satış-iaşə obyektlərinin fəaliyyətini dayandırması ilə nəticələnib.

Puerto-Riko polis məmurları aksiyanı yatırmaq üçün gözyaşardıcı qaz və rezin güllələrdən istifadə edib.

Polisin bildirdiyinə görə, qarşıdurmada bir neçə etirazçı saxlanılıb.

Ötən il sentyabr ayında Mariya qasırğası Puerto-Rikaya yüz milyard dollardan çox ziyan vurub. Puerto-Riko rəsmiləri isə dəyən ziyanları aradan qaldırmağın yollarını düşünürlər.

Puerto-Riko adaları sakinləri 1952-ci ildə bu bölgənin muxtariyyətini elan ediblər. Təxminən yarım əsrdir ki, bu adalar muxtariyyət hesab olunur. Məhdud səlahiyyətləri olan qubernatoru vardır. Lakin ABŞ-ın siyasətləri hələ də ona təsir göstərməkdədir.

Teqlər