AB nüvə sazişinə sadiq qalacağını vurğulayıb
-
AB nüvə sazişinə sadiq qalacağını vurğulayıb
Avropa Birliyi Amerikanın Əhatəli Müştərək Təşəbbüs Proqramından(ƏMTP) çıxmasından təəssüfləndiyini bildirərək bu razılaşmanın tam icrasına sadiq qaldığını vurğulayıb.
İRNA-nın verdiyi məlumata görə, AB bu gün bir rəsmi bəyanatda bildirib: AB Amerika prezidentinin ƏMTP-dan çıxmaq qərarından son dərəcə təəssüflənirik ona görə ki, bu razılaşma BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsində də təsdiq olunmuş beynəlxalq ictimaiyyətin birgə razılığıdır.
Bəyanatda deyilir: İran özünün nüvə öhdəliklərinə indiyə qədər olduğu kimi bundan sonra da davam edəcəyi müddətdə Avropa Birliyi də ƏMTP-nin tam və təsirli icrasına sadiq qalacaq.
AB-nin bəyanatında deyilir: Nüvə sanksiyalarının aradan qaldırılması ƏMTP-nin önəmli hissəsini təşkil edir və AB özünün bu məsələnin icrasına təzminat öhdəliyinə təkid edir.
Bəyanatın sonunda deyilir: AB ƏMTP-nı mühafizə etmək üçün beynəlxalq ictimaiyyət ilə əməkdaşlıq etməkdə qərarlıdır.
ABŞ prezidenti Donald Tramp dünən İrana qarşı əsassız iddialarını və ittihamlarını təkrarlayaraq bildirib ki, onun dövləti artıq nüvə sazişindən çıxır.