28 Avropa ölkəsi nüvə anlaşmasının qorunmasına dair razılığa gəldi
https://azeri.sahartv.ir/news/dünya-i307820-28_avropa_ölkəsi_nüvə_anlaşmasının_qorunmasına_dair_razılığa_gəldi
Avropa Birliyinə üzv 28 ölkə başçısı İran ilə nüvə anlaşmasını qorumaq üçün "Vahid Mövqe" barədə razılığa gəliblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 17, 2018 05:36 Asia/Baku
  • AB ölkələrinin sammiti
    AB ölkələrinin sammiti

Avropa Birliyinə üzv 28 ölkə başçısı İran ilə nüvə anlaşmasını qorumaq üçün "Vahid Mövqe" barədə razılığa gəliblər.

İRİB-nin verdiyi məlumata görə, Avropa Birliyinə üzv 28 ölkə başçısı çərşənbə günü Bolqarıstanın paytaxtı Sofiyada İran ilə nüvə anlaşmasını qorumaq üçün vahid mövqedən çıxış ediblər. 

Avropa Şurasının sədri Donald Tusk isə ABŞ prezidenti Donald Trampın rəftarını gözlənilməz və şıltaqcasına adlandırıb və deyib: ABŞ prezidentinin nüvə anlaşmasından çıxmasının ardınca Avropa ölkələri bu qərara qarşı çıxmağa və ona etiraz etməyə ehtiyaclıdırlar. 

Donald Tusk həmçinin, İranın nüvə anlaşmasına sadiq qaldığı zamana kimi AB ölkələri başçılarının bir daha bu anlaşmaya sadiq qalacaqlarına ümidvar olduğunu deyib. 

ABŞ prezidenti 8 may 2018-ci il tarixində ölkəsinin nüvə anlamasından çıxdığını elan edərək, İrana qarşı nüvə sanksiyalarının 3-6 ay ərzində bərpa olunacağını bildirib. .