AB ABŞ və onun hərəkətləri qarşısında dayanacaq
-
AB ABŞ və onun hərəkətləri qarşısında dayanacaq
Avropa Birliyinin energetika komissarı birliyin ABŞ və onun əngəlləri qarşısında dayanacağını bildirərək deyib: İranla iqtisadi əməkdaşlıqları qorumağa çalışırıq.
Avropa Birliyinin energetika komissarı Miquel Arias Kanete bu gün İranın Atom Enerjisi Təşkilatının sədri Əli Əkbər Salehi ilə birgə mətbuat konfransında Salehi ilə görüşü və danışıqları konstruktiv adlandırıb və deyib: Avropa Birliyi ABŞ-ın nüvə sazişin çıxmasından təəssüflənir.
"Avropa Birliyinin baxışınca, nüvə sazişi xüsusi əhəmiyyət kəsb edir" deyən Kanete xatırladıb: Bu saziş həm regionun sülhü, həm də qlobal sülh üçün əhəmiyyətlidir.
Miquel Arias Kanete əlavə edib: Hərtərəfli şəkildə elan edirik ki, ötən bir neçə gündə birliyə üzv ölkələrin dövlət başçılarının Sofiya sammitində elan olunduğu kimi, bütün dövlət başçıları nüvə sazişinin daha yaxşı şəkildə icra edilməsi üçün İranla əməkdaşlığın davam etdirilməsinə hərtərəfli dəstəyi elan edirlər.
O əlavə edib: ABŞ-ın nüvə sazişindən çıxmasının təsiri yoxdur. Biz bu sazişə əsasən və bu sazişin kənarında birliklə İran arasında iqtisadi əməkdaşlıqları qorumağa çalışırıq. Qənaətimizcə, bu əməkdaşlıqların iqtisadi mənafeyi İran dövləti və xalqı üçündür, həmçinin bizim üçün də mənafeyi olacaqdır. Elə buna görə, Avropa Birliyinin Energetika Komissiyası bu məqsədlərin əldə olunmasını sadələşdirmək üçün vasitələr və mexanizmlər tənzimləyib.
Avropa Birliyinin energetika komissarı deyib: Bu sahədə elan etməliyəm ki, 1996-cı ildə bu sahədə lazımi obyekt və infrastrukturların rəsmi prosesinin başlanması əlaqədar qanunla tənzimlənmişdi. Biz hazırkı şəraitə əsasən, onu yenidən aktivləşdiririk ki, ABŞ tərəfindən sanksiyaya məruz qalması mümkün ola biləcək Avropa şirkətlərini dəstəkləyə bilək.
Kanete bildirib: Avropa Birliyi tərəfindən bu vasitə ilə ehtimal üzrə ABŞ tərəfindən bu şirkətlərə qarşı sanksiyalar və ya cəzalar icra olunduğu halda, onu zərərsizləşdirməyə çalışacağıq. Biz bu addımları koordinativ şəkildə yerinə yetirəcəyik. Məqsədimiz budur ki, İran və Avropa Birliyi arasında mövcud olan iqtisadi və ticarət əməkdaşlıqlarını qanuni yollarla tənzimləyərək icra edək.