May 25, 2018 09:11 Asia/Baku
  • Tramp yenə etdiyini etdi \ Tarixi görüş bir anda ləğv edildi
    Tramp yenə etdiyini etdi \ Tarixi görüş bir anda ləğv edildi

ABŞ prezidenti Şimali Koreyanın rəhbəri Kim Çen İn ilə planlaşdırılan görüşünü ləğv edərək, etimad ediləsi olmadığını bir daha sübut edib.

CNN-in verdiyi məlumata görə, ABŞ prezidenti Donald Tramp cümə axşamı Şimali Koreyanın rəhbəri Kim Çen İnə ünvanladığı məktubda iyun ayı üçün planlaşdırılan görüşlərini ləğv edib. 

Tramp artıq bir neçə aydır ki, davam edən proqramlaşdırmalara əsasən 12 iyunda Sinqapurda baş tutmalı olan görüşü ləğv etməsinin səbəbini Kim Çen İnin son bəyanatındakı "böyük qəzəb və aşkar düşmənçilik" hissinin olması adlandırıb və yazıb: İndi bu görüş üçün münasib zaman deyil.

ABŞ prezidenti bu məktubda özünün nüvə qüdrətindən də söz açıb. 

Tramp bu görüş üçün dəqiq zaman və məkanı 10 gün bundan öncə elam etmişdi. 

Bu görüşün Tramp tərəfindən ləğv edilməsi Şimali Koreyanın öncədən vəd etdiyi kimi cümə axşamı "Punggye-ri" nüvə poliqonunu dağıtmasından sadəcə bir gün sonra baş tutub. 

ABŞ Şimali Koreyanı dünya sülhü üçün bir təhdid qələmə verməyə çalışır. Əslində isə Vaşinqton dünyada başlıca gərginlik və böhran amildiri.

Teqlər