Bəxti gətirmiş xidmətçi sağ qalıb
-
Bəxti gətirmiş xidmətçi sağ qalıb
Sidneydəki bir restoranın xidmətçisi bir lüks avtomobili park etmək istəyərkən onu park olunmuş digər bir avtomobilin altına yönəldib.
Sidneydəki bir restoranın xidmətçisi dünən bir lüks avtomobili park etmək istəyərkən onu park olunmuş digər bir avtomobilin altına yönəldib, amma hadisədən salamat qurtara bilibdir. Bu xidmətçi "Hyatt Regency" otelinin önündə "Porsche Carrera" avtomobilini hündür ölçülü bir avtomobilin altına sürüb. Yerli mediaların bildirdiklərinə görə, yardım məmurları bu xidmətçini Porşe-nin altından çıxara biliblər. Hadisə yerinə toplanmış insanlardan olan Conatan Bill Avstraliya televiziyası ilə müsahibədə deyib: Elə bilirdim ki, bu hadisə bir televiziya tamaşası və ya bir filmin səhnəsidir.
Yerli mediaların məlumatlarına görə, həmin xidmətçi bu hadisədə zərər çəkməyibdir.