Ukraynanın baş naziri istefa ilə hədələdi
Ukraynanın baş naziri dərhal korrupsiya ilə mübarizə üçün lazımı tədbirlər görülməyəcəyi təqdirdə öz vəzifəsindən istefa verəcəyi ilə hədələyib.
FransPress-in verdiyi məlumata görə, Vladimir Qroysman bu gün deyib ki, o Ukraynada korrupsiya ilə mübarizənin xüsusi məhkəmə təşkil olunmadan nəticə verməyəcəyindən tam əmin olub və belə bir məhkəmə təşkil olunmazsa öz vəzifəsindən istefa verəcək.
Bu məlumata görə, Ukrayna baş nazirinin istefa ilə hədələməsi bu ölkənin korrupsiya ilə mübarizədə ciddi problemlə üz-üzə durduğunu göstərir.
Maraqlıdır ki, 2013-2014-cü illərin aksiyalarında etirazçıların əsas tələbi dövlət rəsmilər tərəfindən korrupsiya əməllərinə son qoyulmasından ibarət idi.
Son illərdə Ukraynada Korrupsiya ilə mübarizə üçün bir neçə qurum yaradılıb amma korrupsiya işlərinə baxılması üçün xüsusi məhkəmə hələ ki yaradılmayıb.