Avropa Amerikaya İranın nüvə sazişindən çıxmasına dair xəbərdarlıq edib
Almaniya, Britaniya və Fransanın xarici işlər və maliyyə nazirləri avropalı həmkarlarına ünvanladıqları məktubda İranın nüvə sazişindən çıxması ehtimalının mənfi nəticələri barədə nigaranlıq ifadə ediblər.
Spotnik xəbər verir ki, sözü gedən 3 Avropa ölkəsionin nazirləri 4 iyun tarixində ABŞ dövlət katibi Mayk Pompeo və xəzinədarlıq naziri Stiv Menoçinə ünvanladıqları məktubda Vaşinqtondan İranla işləyən şirkətlərə sanksiya tətbiq etməməsini istəyiblər.
Avropa Birliyi xarici siyasət koordinnatoru Federika Moqerininin də imzaladığı məktubda İranın Əhatəli Müştərək Təşəbbüs Proqramından çıxmasının regionda destabilliyi daha da artıracağı bildirilib.
Avropalıların bu mövqeyi Atom Enerjisi Təşkilatının uranın zənginləşdirilməsinə dair qərarını AEBA-ya elan etməsindən sonra bildirilir.
İslam inqilabının böyük rəhbəri iki gün öncə İran İslam Respublikasının banisi həzrət imam Xomeyninin(r.ə) rehlətinin ildönümü mərasimində etdiyi çıxışında İranın Atom Enerjisi Təşkilatını hələlik ƏMTP çərçivəsində 190 min su səviyyəsinə çatmaq üçün dərhal lazımı hazırlıqları görməyə çağırdılar.
Fransanın prezidenti Emanuel Makron dünən bildirib ki, İranın son nüvə qərarının qanuni olduğunu bilir ancaq bu qərarların reallaşacağı təqdirdə çaxnaşmalı vəziyyətin artacağından nigarandır.