Merkel: Avropanın nüvə anlaşması barədə Trampla ixtilafları ciddidir
İyun 07, 2018 10:19 Asia/Baku
Almaniya kansleri Avropanın nüvə anlaşması barədə ABŞ prezidenti ilə ixtilaflarını ciddi adlandırıb.
Almaniya kansleri Angela Merkel dünən deyib ki, iyunun 8-i və 9-da Kanadada keçiriləcək yeddilər qrupunun sammitində xüsusi olaraq, Amerika prezidenti Donald Trampa İran və ticarət tarifləri barədə danışıqlar aparacaq.
Almaniya parlamentində solçular fraksiyasının sədri Sara Vagenknext də Merkeldən və Avropa Birliyindən istəyibdir ki, Avropaya zərər vuran Amerikanın İrana qarşı sanksiyaları və ticarət savaşı qarşısında mövqe tutaraq, müstəqil addımlar atsınlar.