Rusiya Avstraliya hərbçilərinin Əfqanıstandakı cinayətlərini pisləyib
Rusiya xarici işlər nazirliyi dünən gecə bir bəyanatda Avstraliya hərbçilərinin Əfqanıstandakı hərbi cinayətlərini pisləyərək, bu barədə təhqiqat üçün müstəqil və tərəfsiz bir komitənin yaradılmasını istəyib.
Avstraliyada aparılmış yeni təhqiqatın nəticələrinə görə, bu ölkənin Əfqanıstandakı hərbçiləri hövlnak hərbi cinayətlər törədiblər.
"Sidney Morninq Herald" qəzeti cümə günü bildirib ki, bu ölkənin müdaifə nazirliyinin avstraliyalı xüsusi təyinatlı qüvvələrdən apardığı məxfi istintaqda həmin ölkənin Əfqanıstandakı hərbçilərinin hövlnak hərbi cinayətlər törətdikləri məlum olub.
Avstraliya ABŞ-ın müttəfiqi kimi 2001-ci ildən bəri Əfqanıstana qarşı hərbi təcavüzdə və bu ölkə xalqının qırğın edilməsində iştirak edibdir.
Hazırda Əfqanıstanda 300 avstraliyalı hərbçi var.