AB-dən Vaşinqtonda cavab gecikmədi
-
AB-dən Vaşinqtonda cavab gecikmədi
Avropa Birliyinə üzv ölkələr ABŞ-ın gömrük taariflərini artırmasına qarşılıq veriblər.
Röyters-in verdiyi məlumata görə, Avropa Birliyinə üzv ölkələr cümə axşamı ABŞ prezidenti Donald Trampın Avropadan idxal edilən polad və alüminium üçün gömrük rüsumları təyin etməsinə reaksiya olaraq, ABŞ istehsalı olan 2.8 milyard avroluq(3.3 milyard dollar) dəyəri olan məhsullar üçün gömrük taarifləri təyin ediblər.
Bu layihə Avropa Komissiyasında təsdiq edildikdən sonra icra olunacaq.
Avropa Komissiyasının növbəti iclası gələn həftə, 20 iyunda baş tutacaq. AB-nin yeni taarifləri iyun ayının sonları və iyul ayının əvvəllərində qüvvəyə minəcək.
Vaşinqton və Brüssel arasındakı "taarif" gərginliyi ABŞ-ın Avropadan idxal edilən polad və alüminium üçün gömrük taariflərini artırmasının ardınca yaranıb.
Tramp Avropa Birliyi, Kanada və Meksikadan idxal edilən polad və alüminium üçün müvafiq olaraq 25 və 10 faizlik gömrük rüsumu təyin edib.
Avropa Birliyi həmçinin, ABŞ əleyhinə Dünya Ticarət Təşkilatına şikayət edib. Bu şikayət təşkilatın gündəminə daxil edilib.