İyun 18, 2018 17:52 Asia/Baku
  • Ağ Ev mühacir uşaqları qəfəsdə saxlayır
    Ağ Ev mühacir uşaqları qəfəsdə saxlayır

Bir İngiltərə qəzeti yazıb ki, Amerika-Meksika sərhədlərində ailələri ilə birgə həbs olunan mühacir uşaqlar öncə öz ailələrindən uzaqlaşdırılır, sonra isə Texas ştatının cənubundakı düşərgədə dəmir qəfəslərə salınırlar.

Qardian qəzeti yazıb: Donald Tramp hökumətinin Amerikada mühacir uşaqları öz valideynlərindən ayırmağa dair hərəkəti hətta onun həyat yoldaşı Melaniya Trampın tənqidi ilə də üzləşib.

Bu məlumata görə, Texas ştatının cənubundakı düşərgədə yerləşdirilmiş dəmir qəfəslərdə yüzlərlə mühacir uşaq saxlanır.

Bu uşaqların qeyri-münasib durumu barədə xəbərlərin yayılması Texas ştatında Trampın anti-miqrasiya siyasətlərinə qarşı yeni aksiyaların keçirilməsinə səbəb olubdur.

Texasın cənubunda həbs olunan uşaqlara baş çəkmiş senator Cef Merkli deyib ki, valideynlərindən uzaqlaşdırılmış bu uşaqların çoxu psixoloji problemlərə düçar olubdur.

Amerika daxili təhlükəsizlik nazirliyinin statistikası göstərir ki, bu ölkənin sərhəd məmurları ötən altı həftə ərzində iki minə yaxın uşağı mühacir valideynindən ayırıb və ya ayrıca düşərgələrdə saxlayaraq, onların ata-analarına təzyiq göstərirlər.

Teqlər