İyun 22, 2018 12:57 Asia/Baku
  • Avropa gömrük hüququ sahəsində ABŞ əleyhinə adekvat addım atır
    Avropa gömrük hüququ sahəsində ABŞ əleyhinə adekvat addım atır

Avropa Birliyi Amerika Birləşmiş Ştatları hökumətinin polad və alüminiuma müvafiq olaraq 25 və 10% gömrük rüsumu tətbiq etməsinə reaksiyada bu gündən bu ölkənin istehsal etdiyi onlarla məhsul, o cümlədən tütün məmulatları, içkilər, geyim və motosikletə rüsumlar təyin edib.

Fransa İnformasiya Agentliyinin məlumatına görə, Avropa Birliyinin rüsum tətbiq etmək istədiyi Amerika məhsullarının siyahısı bundan öncə 18 may tarixində Dünya Ticarət Təşkliatına göndərilib və sadəcə Birləşmiş Ştatlar ərazisində istehsal olunan məhsullara şamil olur. ABŞ-ın ticarət loqoları ilə satılan və dünyanın müxtəlif yerlərində istehsal edilməsi mümkün olan məhsulların adları bu siyahıda yer almayıb. 

ABŞ prezidenti Donald Tramp 8 mart 2018 tarixində idxal olunan polada 25%, alüminiuma isə 10%-lik tarifin tətbiq olunması üzrə qərarını açıqladı. 

Tramp ilk öncə 1 may tarixində Avropanı bir aylıq müddətinə bu qərardan istisna etdi. lakin 1 iyundan Avropadan idxal olunan polad və alüminima da rüsumların tətbiq olunması qərarını icraya qoydu. 

Beynəlxalq iqtisadi dairələr və müxtəlif ölkələr Trampın proteksionist iqtisadi siyasətlərinin qlobal iqtisadi inkişafa mənfi nəticələri haqda dəfələrlə xəbərdarlıq ediblər. 

Teqlər