Berlin Türkiyədə alman məktəbin bağlanmasına reaksiya verib
İyul 01, 2018 20:26 Asia/Baku
Almaniyanın Xarici İşlər Nazirliyi Türkiyə dövlətini İzmir şəhərində fəaliyyət göstərən alman məktəbin bağlanması barədə açıqlama verməyə çağırıb.
Almaniya televiziyası bildirib ki, rəsmi Ankara heç bir səbəb təqdim etmədən İzmir şəhərindəki alman məktəbin fəaliyyətini dayandırıb.
Sözü gedən alman məktəbin direktoru Direk Filip bu barədə məlumatsız olduğunu deyərək bildirib ki, hələlik yay tətilləridir və məktəb həmişə Türkiyə qanunlarına riayət etməyə çalışıb.
Almaniya telekanalı bildirib ki, Almaniya XİN Türkiyədən bu məktəbin bağlanması barədə açıqlama verməsini tələb edib.