İyul 02, 2018 11:42 Asia/Baku
  • BVF dolların rolunun azalmasından xəbər verib
    BVF dolların rolunun azalmasından xəbər verib

Beynəlxalq Valyuta Fondu müxtəlif ölkələrin valyuta ehtiyatlarında dolların rolunun azalmasından xəbər verib.

Röytersin verdiyi məlumata görə, BVF bir hesabatda bildirib ki, müxtəlif ölkələrin valyuta ehtiyatlarında dolların payı 2018-ci ilin ilk rübü üçün azalıb və avro, yuan və funkt-sterlinqə meyl artıb. 

Bu hesabata görə, ölkələrin valyuta ehtiyatlarında dolların mövqeyi 5-ci dəfə olaraq zəifləyib və son 4 il ərzində ən aşağı həddə enib. 

Ölkələrin öz valyuta ehtiyatları barədə BVF-yə verdikləri hesabatlar göstərir ki, 2018-ci ilin ilk rübündə dollar 6500 trilyon, başqa sözlə ölkələrin valyuta ehtiyatının 62 faizini təşkil edib. 

BVF-nin statistikasına görə, dollardan sonra avro ikinci yerdə durur və 20 faiz paya malikdir. 

ABŞ prezidenti Donald Trampın birtərəfli hərəkətləri o sıradan iqtisadi razılaşmalardan çıxması dünyanın mənfi reaksiyasına səbəb olub. 

Teqlər