Merkel Trampın cavabını verdi
Almaniya kansleri ABŞ prezidentinin Berlinə qarşı söz hücumlarına reaksiyada vurğulayıb ki, Almaniyanın siyasət və qərarları müstəqildir.
ABŞ prezidenti Donald Tramp bu gün NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşdə Almaniyanı Rusiyanın əsiri adlandırmış və demişdi ki, Almaniya tam şəkildə Rusiya tərəfindən istiqamətləndirilir; buna görə, düz deyil ki, NATO Berlini müdafiə etsin; özü də elə bir halda ki, Almaniya enerji qarşılığında Rusiyaya milyardlarla dollar pul ödəyir.
Tramp deyir ki, Almaniya bu hərəkətlə Rusiyanı varlandırır.
Almaniya 2016-cı ildə öz neftinin təqribən qırx faizini Rusiyadan idxal edibdir ki, bu da təqribən 36 miilyon tona bərabərdir.
Amerika ilə NATO-ya üzv digər ölkələr arasındakı ixtilaflar bu təşkilatın Brüsseldə keçirilən otuzuncu sammitinə kölgə salıbdır.
NATO sammiti bu gün Brüsseldə keçirilir.