Səudiyyə-Qərb-sionist rejim üçbucağı Şeyx Zəkzakinin həbsinin davam etməsinin pərdə arxasında durur
-
Şeyx Zəkzakinin həbsinin davam etməsinin pərdə arxası
Bir nigeriyalı fəal bu ölkənin islami hərəkatı rəhbərinin üçillik həbsini Səudiyyə-Qərb-sionist rejim üçbucağının çoxtərəfli fitnəsi adlandırıb.
Yusif Kəbir deyib: Nigeriya islami hərəkatının rəhbəri Şeyx Zəkzakinin özünün də həbs olunandan sonra dediyi kimi, Ərəbistan ABŞ və İngiltərənin göstərişi ilə Nigeriyanın ordu qüvvələrinə maliyyə yardımı etdi ki, onlar 2015-ci ildə Zaria şəhərində şiələri qırsın və Şeyx Zəkzakini həbs etsinlər.
Yusif Kəbir Şeyx Zəkzakinin İslam dünyasındakı xidmətlərinə işarə edərək, deyib: O, 20 yaşından özünün bütün ömrü, vaxtı və həyatını İslam dininə xidmətə sərf edib və çoxlu sayda afrikalı onun hidayəti ilə İslama və şiə məzhəbinə üz tutubdur.
Yusif Kəbir məhz Şeyx Zəkzakinin həmin xidmətlərini sionistlərin və səud rejiminin onunla düşmənçiliklərinin səbəbi adlandırıb və belə əlavə edib: Şeyx Zəkzaki bu yolda bir çox çətinliklərə dözərək, dəfələrlə zindana gedib və altı övladını İslama təqdim edibdir.
Şeyx Zəkzaki 1953-cü ildə Nigeriyanın Kadona əyalətinin Zaria şəhərində anadan olub və ötən əsrin 70-ci onilliyində özünün gənclik dövrü ilə bir zamanda öz ölkəsində marksizm və kommunizm cərəyanları ilə təfəkkür mübarizəsinə qalxıbdır.
Bu ruhani mütəfəkkirin əsl İslamın və müsəlmanların birliyinin yayılmasındakı mübarizələri sionistlər, səudlar, qərblilər və onların Afrikadakı əlaltılarının düşmənçiliklərinə səbəb olubdur.