İngiltərə Bəhreyndə insan haqlarının kobud surətdə pozulmasına göz yumur
https://azeri.sahartv.ir/news/dünya-i317733-İngiltərə_bəhreyndə_insan_haqlarının_kobud_surətdə_pozulmasına_göz_yumur
Silah ticarəti ilə mübarizə təşkilatı İngiltərə hökumətini Bəhreyndə insan haqlarının kütləvi və kobud şəkildə pozulmasına göz yummaqda ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 17, 2018 15:21 Asia/Baku
  • İngiltərə Bəhreyndə insan haqlarının kobud surətdə pozulmasına göz  yumur

Silah ticarəti ilə mübarizə təşkilatı İngiltərə hökumətini Bəhreyndə insan haqlarının kütləvi və kobud şəkildə pozulmasına göz yummaqda ittiham edib.

İRİB-nin verdiyi məlumata görə, Silah ticarəti ilə mübarizə təşkilatı öz hesabatında Britaniya hökumətini Bəhreyn ilə imzaladığı silah müqavilələrinə görə, bu ölkədə insan haqlarının pozulmasına göz yummaqda ittiham edib.

Avropa Parlamenti də Avropa İttifaqının nəzdində fəaliyyət göstərən və silah ixracatına nəzarət edən qrumlardan Behreyna silah ixracına icaz verməzdən öncə, insan haqları məsələsinə diqqət göstərmələrini istəyib.