Əfqanıstanın Qəzney vilayətində Taliblər 40-dan çox itki veriblər
https://azeri.sahartv.ir/news/dünya-i318416-Əfqanıstanın_qəzney_vilayətində_taliblər_40_dan_çox_itki_veriblər
Əfqanıstanın Qəzney vilayətində bir neçə şəhəridə təhlükəsizlik qüvvələri ilə Taliblər arasında gedən toqquşmalarda 44 yaraqlı öldürülüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 25, 2018 05:08 Asia/Baku
  • Əfqanıstanın Qəzney vilayətində Taliblər 40-dan çox itki veriblər

Əfqanıstanın Qəzney vilayətində bir neçə şəhəridə təhlükəsizlik qüvvələri ilə Taliblər arasında gedən toqquşmalarda 44 yaraqlı öldürülüb.

İRİB-nin Kabildən verdiyi məlumata görə, Əfqanıstanın Qəzney vilayətinin polis rəisi Fərid Məşəl çərşənbə axşamı deyib: Qarabağ, Cəğtu, Xacə Əmr və bir sıra digər şəhərlərdə Taliblər ilə gedən döyüşlərdə 34 yaraqlı da yaralanıb. 

Fərid Məşəl həmçinin, bu toqquşmalarda 2 polis əməkdaşının və Taliblərin 2 tanınmış komandanının öldüyünü də deyib. 

Son zamanlar Taliblər və Əfqanıstanın təhlükəsizlik qüvvələri arasında gedən toqquşmalar xeyli intensivləşib.