Avropalı ekspertlər Trampın etimad ediləsi olmadığını bildirirlər
-
Avropalı ekspertlər Trampın etimad ediləsi olmadığını bildirirlər
Avropalı ekspertlərin qənaətincə, ABŞ prezidentinin dəfələrlə öz qərarından geri çəkilməsini nəzərə alaraq, onun Yunkerlə son ticarət atəşkəsinə heç bir etimad yoxdur. Və Atlantik okeanın iki tərəfi arasında ticarət savaşının yenidən alovlanacağını proqnoz etmək olar.
Ortaq tarixi xatırlamaq üçün Trampa hədiyyə. Lüksemburqda qəbiristanlığın düşündürücü fotosu. Həmin qəbiristanlıqda iki dünya müharibəsində iştirak edən amerikalı hərbçilərin komandanı Corc Patton dəfn olunub.
Lüksemburqun sabiq baş nazirinin bu hərəkətinin müsbət və konstruktiv olduğunu düşünməsinə rəğmən və Avropa və ABŞ arasında ticarət savaşında müvəqqəti atəşkəsin tətbiqinə səbəb olsa da.
Avropa Komissiyasının sədri deyib: Bu gün mənim məqsədim sadəcə bir məsələ idi. Anlaşmaya varmaq və anlaşmaya da çatdıq. Əməkdaşlıq edəcəyimiz bir sıra sahələr vardır.
Sanki bu anlaşmaya əsasən, iki tərəf danışıqlar başladığı vaxtadək bir-birləri əleyhinə yeni cəzalar tətbiq etməmək üzrə razılığa gəliblər. ABŞ da alüminium və polada tətbiq olunan qeyri-qanuni tariflərə toxunmadan Avropadan istəyib ki, ABŞ-dan idxal olunan qazın həcminin artırılması istiqamətində addım atsın.
Avropalı ekspert deyib: Problem ondadır ki, Tramp zatən alverçidir və qalib olmağı düşünür. Mənafeyinin təmin olmasından arxayın olanadək razılaşmır.
Avropa komissiyasının sədri Vaşinqtondan qayıtmamış Fransa elan edib ki, Amerika tərəfinin əsasən də polad və alüminiumla bağlı tarifi haqda xoşməramlılığından arxayın olmadığımız zamanadək, Avropa Birliyi və ABŞ-ın əhatəli ticarət razılaşmasına qarşıyıq.
Tramp və Yunkerin görüşündən sonra nikbin açıqlamalara rəğmən, qeyd etmək lazımdır ki, ABŞ və Avropanın ticarətinin aydın perspektivi yoxdur. Xüsusilə də Tramp bu görüş zamanı qəsdən Avropadan idxal olunan avtomobillərə rüsumların tətbiq olunması haqda sükut etdi.