İyul 29, 2018 11:37 Asia/Baku
  • Mossad dünyada terrorizmin bayraqdarıdır
    Mossad dünyada terrorizmin bayraqdarıdır

Deyli Mil qəzeti yazır: İsrailin casusluq təşkilatı olan Mossad dünyada terrorun bayraqdarına çevrilib.

İngiltərədə çıxan Deyli Mil qəzetinin yazdığına görə, İsrail rejimi sadəcə ötən 10 ildə 800 terror əməliyyatı həyata keçirib. Bu da minlərlə insanın ölməsinə səbəb olub.

Bu məlumata görə, Mossad-ın agentləri ikinci dünya müharibəsindən sonra bütün digər ölkələrin xüsusi xidmət orqanlarından daha çox adam öldürüblər.

Deyli Mil yazır: İsrail indi dünyada terrorun bayraqdarına çevrilib. Burda mövcud olan rəqəmlər misilsizdir. Məsələ Mossadın agentlərinin casusluqla yanaşı terror aktları da törətmələri deyil. Məsələ bu prosesin son zamanlar daha da intensiv hal almasıdır.

Deyli Mil həmçinin, Mossadın 10 yanvar 1978-ci ildə törətdiyi terror aktına diqqət çəkərək yazıb: Mossadın casusları içərisi çox güclü zəhərlə doldurulmuş diş pastası ilə bir fələstinlini şəhid ediblər.

Mossad təşkilatı müxtəlif terror hücumlarını təşkil etməklə yanaşı, müxtəlif terror qruplarını da himayə edir.

Teqlər