İyul 31, 2018 19:08 Asia/Baku
  • Avropa Birliyi Rusiyanın 6 şirkətinə sanksiya tətbiq edib
    Avropa Birliyi Rusiyanın 6 şirkətinə sanksiya tətbiq edib

Avropa Birliyi Rusiyanın 6 şirkətini birliyin sanksiyalar siyahısına daxil edib. Səbəb isə bu ölkə və Krım yarımadasında körpünün çəkilməsi göstərilib.

Fars Xəbər Agentliyinin məlumatına görə, Avropa Şurası çərşənbə axşamı günü Krım yarımadasına körpü çəkməkdə rolu olayn 6 Rusiya şirkətinin adını Avropa Birliyinin sanksiyalar siyahısına əlavə edib.

Bu körpü Krım yarımadasını Rusiyaya birləşdirir və Avropanın qənaətincə bu körpünün çəkilməsi Ukraynaın ərazi bütövlüyü, hakimiyyəti və müstəqilliyini hədələyir.

Avropa Birliyi bir bəyanatda bu şirkətləri Rusiya tərəfindən Krımın qeyri-qanuni işğal olunması adlandırdığı prosesi dəstəkləməkdə suçlayıb.

Əmlakların dondurulması bu şirkətlər əleyhinə sanksiyanın tətbiq olunmasının mənfi nəticələrindən biridir. Buna əsasən bu şirkətlərin Avropa Birliyindəki bütün əmlakı dondurulacaq və heç bir fərd və ya Avropa şirkəti onlara vəsait verə bilməz.

Beləliklə Avropanın sanksiya tətbiq etdiyi rus şirkətlərinin sayı 44 şirkətə çatır.

Bundan əlavə, Avropa 155 Rusiya vətəndaşının bu birlik ölkələrinə səfər etməsini məhdudlaşdırıb və əmlakını dondurub.

2014-cü ildə Rusiya və qərb arasında Ukraynanın şərqindəki böhran və Krım yarımadasının Rusiyaya ilhaq edilməsi ilə əlaqədar gərginliklərin artması ardınca Avropa Birliyi Rusiya əleyhinə bir neçə paket sanksiya tətbiq edib.

Bu sanksiyalar əsasən Rusiyanın energetika və maliyyə sektorunu hədəf alıb.

Rusiya həmişə bildirib ki, bu sanksiyalar ölkənin iqtisadiyyatına o qədər də təsir göstərməyib.

Teqlər