İyul 31, 2018 19:10 Asia/Baku
  • Ermənistanın eks-prezidentinin həbsinə reaksiyalar
    Ermənistanın eks-prezidentinin həbsinə reaksiyalar

Ermənistanın sabiq prezidentinin saxlanılması bu ölkədə tərəfdarlar və əleyhdarların reaksiyalarına səbəb olub.

İRİB-in erməni dilli radiosunun İrəvandan verdiyi məlumata görə, sabiq prezident Serj Sarkisyanın rəhbərik etdiyi Ermənistanın Respublikaçı partiyası bir bəyanatda eks-prezident Robert Koçaryanın saxlanılması haqda bildirib: Bu hərəkətin demokratiya və məhkəmə strukturunun müstəqilliyi ilə heç bir əlaqəsi yoxdur.

Ermənistanın Respublikaçı partiyasının bəyanatında bildirilir: Təhlükəsizlik qüvvələri tərəfindən Koçaryanın saxlanılması Ermənistanın daxili olaylarına mənfi təsir göstərir və ictimaiyyəti parçalanmaya doğru sürükləyir.

Ermənistan Milli Demokratik Vəhdət Partiyasının sədri Vazgen Manokyan da bir bəyanatda bildirib: Koçaryanın həbsi Ermənistanı 1937-ci ildə SSRİ-nin diktatoru İosif Stalinin həbsləri və edamlarına doğru aparır.

Koçaryanın vəkilləri də müvəkkillərinin həbsini Stalinin dövrünə bənzədiblər.

Ermənistanın siyasi məsələlər üzrə eksperti Stepan Qriqoryan da bu açıqlamanı əsassız adlandırıb və deyib: Koçaryanın saxlanılmasını Stalinin diktatorluğunun qara dövrü ilə necə müqayisə etmək olar?

Ermənistan təhlükəsizlik qüvvələri şənbə günü sabiq prezident Robert Koçaryanı 2008-ci il prezident seçkilərinə etiraz edənləri repressiya etmək işi ilə əlaqədar saxlayıblar.

Koçaryan 2008-ci il 1 mart aksiyalarında etirazçıları repressiya etmək və konstitusiyanı pozmaqda suçlanıb. Həmin aksiyalarda 10 nəfər ölmüşdü.

Koçaryan irəli sürülən ittihamları rədd edib və deyib: Belə iddialar siyasi motivlərə əsasən irəli sürülüb.

Teqlər