Əfqanıstanın cənubunda 44 əsgər öldürülüb
Avq 06, 2018 10:38 Asia/Baku
Taliban üzvlərinin Əfqanıstanın Uruzqan vilayətində bu ölkənin ordu qüvvələrinə qarşı hücumunda 44 əsgər öldürülüb.
Əfqanıstanın Uruzqan vilayətində yerləşən Cenartu rayonunun polis komandanı Əxtər Muhəmməd deyib: Taliban üzvləri dünən gecə bu rayondakı bir neçə ordu qərargahına hücum ediblər. Nəticədə azı 44 əsgər öldürülüb, onlarla nəfər də itkin düşübdür.
Digər tərəfdən, Əfqanıstan müdafiə nazirliyi Taliban üzvlərinin Uruzqan vilayətindəki hücumlarında təkcə beş əsgərin öldüyünü təsdiq edibdir.
Əfqanıstan müdafiə nazirliyi həmçinin bu ölkənin ordu qüvvələrinin Cenartu rayonundan geri çəkilmələrindən xəbər verib.
Taliban üzvləri ordunun bir neçə qərargahını ələ keçirdikdən sonra bu rayonun mərkəzinə doğru irəliləyiblər.