Yaponiya rus qırıcıların Kuril adalarında yerləşmələrinə etiraz edib
Yaponiya dövləti Rusiya xarici işlər nazirliyinə nota göndərərək, bu ölkənin çoxməqsədli Suxoy-35 qırıcılarının Kuril adalarından olan İturup adasında yerləşməsinə etiraz edibdir.
Bu nota Yaponiyanın Moskvadakı səfirliyi vasitəsilə rus tərəfə elan olunub.
Yaponiya dövlətinin sözçüsü Yoşihide Suqa Moskva ilə Toko arasındakı Kuril adaları məsələsinin həll edilməli olduğunu vurğulayaraq, deyib ki, Yaponiya və Rusiya sülh razılaşmasına malik olmalıdırlar.
Kunaşir, İturup, Habomay və Şikotan adalarına şamil olan yaşayış xarakterli Kuril adaları bir tərəfdən, neft, qaz və su canlıları ehtiyatlarına malik olduğuna, digər tərəfdən də Sakit Okeanda yerləşdiyinə görə, Rusiya və Yaponiya üçün strateji mövqeyə malikdir.
Rusiya və Yaponiya Kuril adalarının mülkiyyəti üstündə ixtilafa malikdirlər.
Bu adalar Yaponiyanın ikinci dünya savaşında məğlub olmasından sonra, 1945-ci ildə keçirilən Yalta konfransında SSRİ-yə verildi.
Rusiya son illər Yaponiya ilə münaqişəli adalarda öz hərbi iştirakını artırıb və hətta bu adalarda dəniz bazası yaratmaq ardıncadır.