Avq 09, 2018 17:29 Asia/Baku
  • Xəzərin hüquqi statusu ilə bağlı konvensiya tezliklə imzalana bilər
    Xəzərin hüquqi statusu ilə bağlı konvensiya tezliklə imzalana bilər

Rusiya xarici işlər nazirinin müavini və Rusiyanın Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi qarşıdan gələn bazar günü Xəzəryanı ölkələrin sammitində Xəzər dənizinin hüquqi statusu ilə bağlı konvensiyanın imzalanması ehtimalından xəbər verib.

Qriqori Karasin Moskvada çıxan Kommersant qəzetinə verdiyi müsahibədə deyib: 2002-ci ildən Xəzərin hüquqi statusu ilə bağlı 5 ölkə başçıları davamlı olaraq iclaslar təşkil ediblər. İlk olaraq Aşqabadda, daha sonra Tehan, Bakı və Həştərxanda keçirilən dörd iclasın ardınca bu dəfə 5 ölkə başçısı Qazaxıstanın Aktau şəhərində bir araya gələcək və Xəzərin hüquqi statusu ilə bağlı konvensiyanı imzalayaraq, bu prosesi yekunlaşdıracaqlar.

Karasinin dediyinə görə, Aktau şəhərində keçiriləcək sammitdə imzalanacaq Xəzərin hüquqi statusu ilə bağlı konvensiya 20 il sürən müzakirələrin nəticəsidir.

Teqlər