Trampın iqtisadi savaşı ABŞ-a mənfi təsir edib
https://azeri.sahartv.ir/news/dünya-i319769-trampın_iqtisadi_savaşı_abŞ_a_mənfi_təsir_edib
Amerikalı tanınmış iqtisadiyyatçı Ağ evin digər ölkələrə qarşı iqtisadi müharibəyə başlamasını tənqid edərək deyib: Bu hərəkətlər Amerikaya mənfi təsir buraxıb və bu ölkənin təcrid olunması ilə nəticələnib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Avq 12, 2018 10:59 Asia/Baku
  • Trampın iqtisadi savaşı ABŞ-a mənfi təsir edib
    Trampın iqtisadi savaşı ABŞ-a mənfi təsir edib

Amerikalı tanınmış iqtisadiyyatçı Ağ evin digər ölkələrə qarşı iqtisadi müharibəyə başlamasını tənqid edərək deyib: Bu hərəkətlər Amerikaya mənfi təsir buraxıb və bu ölkənin təcrid olunması ilə nəticələnib.

Sinxuanın verdiyi məlumata görə, Vaşinqtonda yaxın şərq müəssisəsinin yüksək səviyyəli ekspertlərindən olan Deyvid Pollak deyib: Son həftələr ərzində Amerika tərəfindən İran, Rusiya və Türkiyəyə qarşı tətbiq edilən sanksiyalar sonda Amerikanın xarici siyasətinin məqsədlərinin itirilməsi ilə nəticələnəcək. 

Pollak Amerikanın İran Türkiyə və Rusiyaya qarşı sanksiyalar tətbiq etməsinin, eləcə də Türkiyədən idxal edilən malların tariflərinin artırılmasının səbəbləri barədə deyib: Bu hərəkətlər Trampın iqtisadi ideologiyasının bir hissəsidir. Bu ideologiya ənənəvi istehsalçıları bərpa etməyə çalışır. 

Amerikanın İrana qarşı sanksiyaları Vaşinqtonun müttəfiqləri tərəfindən geniş tənqidlərə tuş gəlmiş olsa da Tramp bu siyasətlərin icrasına israrlıdır.