Avq 30, 2018 15:13 Asia/Baku
  • NATO Rusiyanın dəniz qüvvələrinin Aralıq dənizində iştirakına reaksiya verib

NATO bildirib: Suriyada müharibə üstündə çəkişmələrin artıdığı bir halda, Rusiyanın dəniz qüvvələri Aralıq dənizindəki iştirakını genişləndirir.

NATO-nun sözçüsü Oana Lunqesko deyib ki, Rusiya bölmələrinin niyyəti barədə təxminlər etməyəcək, amma ötən üç həftə ərzində azı səkkiz gəmi, o sıradan raket daşıyan bir kreyser və iki sualtı qayıq Rusiya eskadrasına qoşulub.

Rusiya dəfələrlə bildiribdir ki, Suriyadakı silahlı terrorçular bu ölkənin İdlib məntəqəsində kimyəvi hücuma hazırlaşırlar ki, bu təhrikedici hərəkətlə Qərb ölkələrinin Suriyanın xalqına və dövlət qüvvələrinə qarşı hücum icazəsini vermiş olsunlar.

Teqlər