Paşinyan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasının fəaliyyəti barədə açıqlama verib
https://azeri.sahartv.ir/news/dünya-i322287-paşinyan_abŞ_ın_ermənistandakı_bioloji_laboratoriyasının_fəaliyyəti_barədə_açıqlama_verib
Ermənistanın baş naziri deyib: ABŞ-ın Ermənistandakı bioloji laboratoriyası tamamilə Ermənistan hökumətinin nəzarəti altındadır və heç vaxt ondan Rusiya əleyhinə istifadə edilməyəcək.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 10, 2018 10:04 Asia/Baku
  • Paşinyan ABŞ-ın Ermənistandakı bioloji laboratoriyasının fəaliyyəti barədə açıqlama verib

Ermənistanın baş naziri deyib: ABŞ-ın Ermənistandakı bioloji laboratoriyası tamamilə Ermənistan hökumətinin nəzarəti altındadır və heç vaxt ondan Rusiya əleyhinə istifadə edilməyəcək.

Təsnim xəbər agentliyinin verdiyi məlumata görə, Moskvada səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan "Kommersant" qəzeti ilə müsahibədə deyib: Rusiyalı ekspertlərə Ermənistan ərazisində fəaliyyət göstərən ABŞ-ın bioloji laboratoriyasına baxış keçirmək şəraiti yaradılıb. ABŞ-ın Ermənistandakı bioloji laboratoriyası bioloji maddələr üzərində sınaqlar həyata keçirir.

Bundan öncə Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova  Pentaqonun Rusiya sərhədləri yaxınlığında, Ermənistandakı bioloji laboratoriyada hərbi-bioloji sınaqlar həyata keçirə biləcəyinə dair Vaşinqtonun açıqlamasından nigaranlıq etmişdi.

M.Zaxarovanın dediyinə görə, Moskva ABŞ-ın Ermənistandakı bioloji laboratoriyada həyata keçirdiyi fəaliyyətlərin insani məqsədlərə deyil, hərbi məqsədlərə xidmət etməsindən nigarandır.