Çin Amerikanı tənqid edib
https://azeri.sahartv.ir/news/dünya-i322757-Çin_amerikanı_tənqid_edib
Çin xarici işlər naziri bildirib ki, Amerikanın birtərəfli siaysəti dünyada stabilliyə mane olur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 14, 2018 09:49 Asia/Baku
  • Çin Amerikanı tənqid edib
    Çin Amerikanı tənqid edib

Çin xarici işlər naziri bildirib ki, Amerikanın birtərəfli siaysəti dünyada stabilliyə mane olur.

Qlobal Tayms internet portalının verdiyi məlumata görə, Vanq Yi bu gün Pekində fransalı həmkarı Jan-Iv Lö Drian ilə görüşündə Amerikanın birtərəfli siyasətini qınayaraq deyib: Pekin dünyada çox cəhətlilik və stabilliyin bərqərar olunması üçün strateji əlaqələr və koordinasiyanın gücləndirilməsində Fransa ilə əməkdaşlıq etməyə hazırdır. 

Fransanın xarici işlər naziri də Çinə səfərinin ikinci günündə çinli həmkarı ilə görüşündə dünyada birtərəfli siyasətlərdən nigaran qaldığını bildirib və deyib: Paris neçə tərəfliliyə sadiqdir və bu istiqamətdə Çin ilə əməkdaşlığa hazırdır.