ABŞ Təhlükəsizlik Şurasına sədrlikdən sui-istifadə etməyə çalışır
-
ABŞ Təhlükəsizlik Şurasına sədrlikdən sui-istifadə etməyə çalışır
ABŞ-ın sədrliyi ilə keçirilən Təhlükəsizlik Şurasının növbəti iclasının gündəmində duran məsələ Şimali Koreya olub. ABŞ-ın BMT-dəki səfiri Niki Heli öncəki iclaslarda olduğu kimi bu dəfə də, yaranmış fürsətdən Rusiya, Çin və Şimali Koreya əleyhinə təzyiqləri artırmaq üçün istifadə etməyə çalışıb.
ABŞ-ın sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası. ABŞ-ın BMT-dəki səfiri Niki Heyli rusların 150 dəfə Şimali Koreyaya neft çatdırdığını dedi. Yəni sanksiyaları pozmaq.
Niki Heyli Rusiya və Şimali Koreyaya maksimum təzyiqin göstərilməsini istədi. Əsas məqsədi isə Çin idi.
Kim Çen İnə də hədə-qorxu gələrək, baş tutmayan anlaşmaya görə Pxenyandan şikayətlənib.
Nyu-Yorkda yerləşən Dünya Siyasət Mərkəzinin rəisi Corc Samuli Şimali Koreyanın nüvə tərksilahı haqda deyir: “Ölkələrin ABŞ-a etimad etməsinə səbəb yoxdur. Liviyaya söz vermişdi ki, silahlarını versə hücum etməyəcək. Amma, etdi. İraq da özünü tərksilah etdi. Amma, ABŞ yenə də İraqa hücum etdi. Şimali Koreya bütün bunları görüb.”
Sanki, Vaşinqton ABŞ-ın Təhlükəsizlik Şurasına sədrliyinə Rusiya, Çin, İran, Suriya və Şimali Koreya əleyhinə təzyiqlərin artırılması üçün bir fürsət kimi baxır.
ABŞ-ın BMT-dəki səfirinin çıxışı köhnə iddiaların yenidən təkrarlanmasından başqa bir şey deyil. Yəni, təzyiq və sanksiyaların həm müzakirələrdən öncə, həm müzakirə zamanı, həm də müzakirədən sonra qüvvədə saxlanılması.