ABŞ daxili işlər nazirinin Rusiyaya qarşı iddiası
Amerikanın daxili işlər naziri iddia edib ki, enerjidən Rusiyaya qarşı bir təzyiq vasitəsi kimi istifadə etmək lazımdır.
Amerikanın daxili işlər naziri Rayan Zink Pensilvaniya ştatında "Enerji istehlakçıları birliyi"nin keçirdiyi bir yığıncaqda deyib ki, Rusiya Yaxın Şərq bölgəsində neft, qaz və enerji köçürülməsinə nəzarət və yiyələnmək niyyətindədir.
Zink iddia edib ki, Rusiya Avropa qitəsində enerji köçürülməsinə yiyələnmək üzrə etdiyi işi təkrar etmək istəyir.
Amerikanın daxili işlər naziri həmçinin bu yığıncaqda İrana qarşı iddiaları təkrarlayaraq, deyib ki, Tehran və Moskvaya qarşı iqtisadi seçim, digər ölkələrin yanacaqlarından istifadədir.
ABŞ prezidenti iddia edibdir ki, İranın neft ixracatı cari il noyabrın 4-dək, yəni nüvə sanksiyalarının ikinci etapının icra olunacağı zamanadək sıfıra enəcəkdir.
Bununla belə, İranın başlıca neft alıcıları, o sıradan Çin, bildiriblər ki, ABŞ-ın sanksiyalarına məhəl qoymadan İrandan neft alqısını davam etdirəcəklər.