Okt 03, 2018 13:48 Asia/Baku
  • Monteneqro: Makidoniyada referendumun nəticələri AB-yə xəbərdarlıqdır
    Monteneqro: Makidoniyada referendumun nəticələri AB-yə xəbərdarlıqdır

Monteneqronun prezidenti Makidoniyadakı referendumun nəticələrinin Balkanın qərbində Avropaya qarşı olan qüvvələrin təhdidi barədə Avropa Birliyinə xəbərdarlıq hesab edib.

Frans Presin verdiyi məlumata görə, Monteneqro prezidenti Milo Dukanoviç dünən Avropa parlamentində etdiyi çıxışında deyib: AB-nin genişlənməsi Balkanın qərbi ölkələri və Avropa üçün zərurətdir. 

Dukanoviç deyib: Bu region Avropanın qlan hissəsi və AB-nin inkişaf tempi ilə ahəngdar deyil və Makidoniyadakı referendum bu problemi çılpaqlığı ilə nümayiş etdirmiş oldu. 

Makidoniyanın adının Şimali Makidoniya adı ilə əvəz edilməsinə dair referendum bazar günü əhalinin 37 faizinin iştirakı ilə keçirildi. 

Makidoniya seçki komissiyası bu referendumun nəticələrinin iştirakın az olduğuna görə etibarsız olduğunu bildirdi. 

Makidoniyanın adının dəyişdirilməsi bu ölkənin Yunanıstan ilə uzun zaman davam edən ixtilaflı mövzularından biridir. 

İki ölkə arasında çaxnaşmalara görə Yunanıstanın qarşı çıxması nəticəsində Makidoniya Avropa Birliyinə üzv ola bilməmişdir. 

Teqlər