Hollandiyanın maliyyə naziri də Ər-Riyad konfransını boykot etdi
https://azeri.sahartv.ir/news/dünya-i325902-hollandiyanın_maliyyə_naziri_də_Ər_riyad_konfransını_boykot_etdi
Hollandiyanın maliyyə naziri Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 18, 2018 14:45 Asia/Baku
  • Hollandiyanın maliyyə naziri də Ər-Riyad konfransını boykot etdi
    Hollandiyanın maliyyə naziri də Ər-Riyad konfransını boykot etdi

Hollandiyanın maliyyə naziri Ərəbistanın paytaxtı Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.

Əl-Məyadin informasiya kanalının verdiyi məlumata görə, Hollandiyanın maliyyə naziri Vopke Hoekstra, Ali-Səud rejiminin tənqidçilərindən olan jurnalist Camal Qaşıqçının İstanbulda Ərəbistanın Baş Konsulluğuna müraciət etdikdən sonra yoxa çıxması hadisəsinə reaksiya olaraq Ər-Riyadda keçiriləcək investisiya konfransında iştirak etməyəcəyini bildirib.

Hollandiya hökuməti də jurnalist Camal Qaşıqçının yoxa çıxmasının ardınca Ərəbistanın Hollandiyadakı ticarət ofisini bağladığını bildirib.

"Səhra Davosu" adlı beynəlxalq investisiya konfransının 23-25 oktyabrda Ərəbistanın paytaxtı Ər-Riyadda keçirilməsi planlaşdırılıb. Amma, indiyə kimi bir çox Avropalı rəsmi, iş adamı və bank rəhbəri o cümlədən Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristin Laqard Ər-Riyad konfransını boykot edib.